Burada siz bir çox sualınıza cavab tapa bilərsiniz. Əlavə bir sual yaranarsa bizə müraciət edin.

Bəyan etmə haqqında

Bəyənnamə yaradılması vacibdirmi?

Türkiyədən xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Starex şəxsi kabinetinizdə bəyannamə sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən yaradılır və sizə mail, sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz yalnız bəyannamənizdəki “Məhsulun tipi” və “Məhsulun qiyməti” bölmələrini doldurmalısınız.

Amerika və Çindən sifariş zamanı sifariş daxili kargoya verildiyi gündən xarici anbara çatdırıldığı günədək mütləq şəkildə həmin bağlamaya əsasən saytımızda bəyannamə yaradılmalıdır. Bəyannamə yaratmadılmadığı halda sifariş xarici anbara daxil olduğu zaman əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır. Sizə mail və sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra yalnız bəyannamədə  “Məhsulun tipi” və “Məhsulun qiyməti” bölmələrini doldurmalısınız

Bəyənnamə yaradarkən nələri qeyd etməliyəm?

Bəyannaməni Amerikadan və Çindən sifariş etdiyiniz bağlamanız mağaza tərəfindən kargoya verildikdən sonra əlavə etməlisiniz.

Mağaza – sifarişi hansı mağazadan etmisinizsə (sifariş hansı mağaza tərəfindən göndərilirsə) həmin mağazanın adını qeyd edirsiniz.
Məhsulun tipi – sifariş etdiyiniz məhsulun növünü qeyd edirsiniz.
Miqdar – bəyan etdiyiniz bağlamanın daxilində neçə ədəd məhsul olduğunu qeyd edirsiniz.
Məhsulun qiyməti – bəyan etdiyiniz bağlamanın ümumi qiymətini qeyd edirsiniz. 
Sənəd – elektron poçt ünvanınıza sifarişinizin mağaza tərəfindən təsdiq edildiyinə dair göndərilən sənədi (faktura) PNG və PDF formatından biri şəklində daxil etməlisiniz.
Mağazanın izləmə kodu –  mağaza tərəfindən sifariş(lər)iniz yola çıxması ilə bağlı göndərilən bildirişdə  qeyd edilən “tracking number” məlumatını mütləq şəkildə əlavə etməlisiniz.

Öncədən bəyan et - nə deməkdir?

“Həvalə et”xidməti ilə göndərdiyiniz sifarişlər təsdiqləndikdən sonra əməkdaşlarımız bağlamalarınız üçün bəyannamə formalaşdırırlar. Bu bəyannamələr ilk öncə “Öncədən bəyan et” bölməsində qeyd edilir. Bağlamanız xarici anbara daxil olduqdan sonra bağlamanız “Xarici anbardadır” statusuna keçir.

Ən əsası, bəyənnamə nədir?

Bəyannamə məhsulunuzun ölkə xaricindən çatdırılması üçün zəruri olan elektron sənəddir. Amerika və Çin saytlardan aldığınız məhsulların hər hansı çətinlik olmadan ölkəmizə çatırılması və gömrük sisteminə əlavə olunması üçün bəyannamə yaratmağınız çox vacibdir.
Ucuz Kargo şəxsi kabinetinizdən “Bəyannamə əlavə et” düyməsini sıxaraq müvafiq ölkə seçiminə uyğun bəyannamə əlavə edə bilərsiniz. 
Türkiyə saytlarından sifariş edərkən bəyannamə əməkdaşlarımız tərəfindən yaradılır. 

Balans haqqında

TL və USD balansı nədir?
  • TRY balansı “Həvalə et” xidmətimizlə sifariş edilməsi üçün saytımıza yerləşdirdiyiniz linklərin ödənişinin edilməsi üçündür.

    USD balansı isə ölkələrarası çatdırılma və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Bu ödənişlərin bağlamanı təhvil aldığınız zaman nağd şəkildə də edilməsi mümkündür.

    Ölkələrarası çatdırılma və kuryer ödənişlərinin TRY balansı ilə ödənilməsi mümkün deyildir.

    Balanslararası dəyişiklik edilmir, məbləği USD balansından TL balansına və ya əksinə göndərmək mümkün deyil. Ancaq, balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala, E-manat və Milliön terminalları vasitəsilə və ya ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.

Balansımdaki vəsaiti necə əldə edə bilərəm?

Balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala bilərsiniz. Bunun üçün saytımızda “Onlayn müraciət et” bölməsinə daxil olursunuz və “Balansla bağlı” başlığı altında kartınıza geri qaytarılmalı olan məbləği və kartınızın son 4 rəqəmini qeyd edirsiniz. Biz müraciətinizi dərhal müvafiq banka yönləndiririk. Məbləğ bank tərəfindən 5-7 iş günü ərzində ödəniş etdiyiniz karta geri qaytarılır.

E-manat və Milliön terminalı vasitəsilə və ya ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə məbləği ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.

Exkargo balansımı necə artıra bilərəm?

Starex balansınızı həm nağd, həm də onlayn şəkildə artıra bilərsiniz. Saytımız və mobil tətbiqlərimizə daxil olaraq onlayn ödənişlə balans artırmaq mümkündür. E-manat və Milliön terminalları vasitəsilə və ya ofislərimizə yaxınlaşaraq həm TRY, həm də USD balansınızı nağd şəkildə artıra bilərsiniz.

Çatdırılma haqqında

Türkiyədən Azərbaycana çatdırılma qiymətləri necə hesablanır?
    • Türkiyədən Azərbaycana çatdırılma qiymətləri 1- 4.4 dollar aralığında dəyişir. Ətraflı “Tariflər” bölməsindən tanış ola bilərsiniz

Türkiyədən sifariş neçə günə çatdırılır?

Ümumilikdə Türkiyədən olan sifarişlər həftədə 7 dəfə olmaqla ölkəmizə yola düşür və ən qısa müddətdə yerli anbarımızda olur. Bağlamanın Türkiyə ofisimizdə sistemə əlavə edildikdən sonra yerli anbarımıza çatdırılma müddəti əsasən 3-5 gün təşkil edir.
Satıcı mağazaların bizim Türkiyə ofisimizə çatdırılma müddəti mağazadan, məhsulun təmin edilmə müddətindən asılı olaraq dəyişir.

Sifarişin alış-veriş etdiyiniz mağazadan xarici anbara catdırlıması necə olur?

Sifariş mağaza tərəfindən təsdiqləndikdən sonra təyin edilmiş çatdırılma müddəti ərzində daxili karqo şirkəti və ya poçt xidməti vasitəsilə xaricdəki ünvanlarım bölməsində qeyd edilən ünvana çatdırılaraq daşıma şərtlərinə uyğun olaraq səlahiyyətli şəxsə təhvil verilir. Sifarişin çatdırılması çatdırılma edən karqo şirkətinin bazasında təhvil alanın elektron imzasıyla təsdiqlənir və çatdırılma bununla tamamlanır.

Bağlamanın çəkisi necə hesablanır?

Xarici anbarımıza daxil olan hər bir bağlama ayrılıqda fiziki çəkisinə əsasən hesablanır. “Tariflər” bölməsinə keçid edərək müvafiq ölkələr üzrə tariflərə nəzər yetirə bilərsiniz.

01.02.2022 tarixindən etibarən Türkiyədən gələn bağlamaların uzunluğu  60 sm-dən yuxarı olduğu təqdirdə çatdırılma ödənişində həcm çəkisi də nəzərə alınır.
Qeyd edək ki, qaydalara əsasən bağlamanın fiziki və həcm çəkisi ölçülür, kq olaraq hansı daha çox olarsa, çatdırılma ödənişi ona əsasən hesablanır. 

Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000

Türkiyədən maye məhsullarının gətirilməsi mümkündür?
  • Bəli, mümkündür. Qeyd edək ki, maye məhsullarının tarifləri standart tariflərlə eynidir və həftədə 1 dəfə olmaqla göndəriş edilir. Qeyd edək ki, maye məhsullarının xüsusi bir tarifi yoxdur.(Adi məhsullarla eyni qiymətlər üzrə daşınır.)

Ofis/anbar

Bağlamamı başqa biri mənim yerimə təhvil ala bilər?

Bəli, sizin şəxsiyyət vəsiqənizlə (vəsiqənizin şəkli ilə də mümkündür) müştəri kodunuzu təqdim edərək başqa biri bağlamanızı təhvil ala bilər.

Türkiyədən sifariş neçə günə çatdırılır?

Ümumilikdə Türkiyədən olan sifarişlər həftədə 7 dəfə olmaqla ölkəmizə yola düşür və ən qısa müddətdə yerli anbarımızda olur. Bağlamanın Türkiyə ofisimizdə sistemə əlavə edildikdən sonra yerli anbarımıza çatdırılma müddəti əsasən 3-5 gün təşkil edir.
Satıcı mağazaların bizim Türkiyə ofisimizə çatdırılma müddəti mağazadan, məhsulun təmin edilmə müddətindən asılı olaraq dəyişir.

Bağlamam yerli anbarda nə qədər müddət qala bilər?

Bağlamalarınız yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN dəbbə pulu hesablanacaq. 45 gündən artıq yerli anbarda qalan məhsul üçün qərar Ucuz Kargo MMC-yə məxsus olacaqdır. 

İş saatlarınız necədir?

Bütün filiallarımız, həftə içi altı gün, 10:00 – 19:00 arası fəaliyyət göstərir.

Ofisləriniz harada yerləşir?
  • Əlaqə bölümünə keçid alaraq, filiallarımızın ünvanları ilə tanış ola bilərsiniz.

Gömrük haqqında

Gömrük limitini keçdiyimi necə izləyə bilərəm?

Exkargoda şəxsi kabinetinizə daxil olaraq cari təqvim ayı üçün limitinizi izləyə bilərsiniz. Ucuz Kargo şəxsi kabinetinizdə yalnız Ucuz Kargo vasitəsilə ölkəyə gətirilən bağlamalara əsasən limitinizi izləyə bilirsiniz. Qeyd edək ki, əvvəl bu limit son 30 gün ərzində hesablanırdısa, yeni qaydaya əsasən cari ay üçün hesablanır. Yəni, siz 1 təqvim ayı müddətində (məsələn, noyabr) 300 ABŞ dolları məbləğini keçməmək şərti ilə istədiyiniz qədər bağlama gətirə bilərsiniz.

Bağlamamın gömrükdə saxlanılması ilə bağlı bildiriş aldım. Nə etməliyəm?

Bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlamalarınız üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu  əldə edirsiniz. Daha sonra, bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilərsiniz. Xatırladaq ki, Şəxsi istifadə limitini (300$) keçdikdə, gömrük orqanı məhsulunuzun kommersiya məqsədli olduğu qənəatinə gəldikdə və ya qadağan olunmuş məhsul olduqda həmin bağlamalar gömrük orqanı tərəfindən saxlanılır. Bununla bərabər bağlamanız gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe edilir. Rüsumun maksimum həddi 36% təşkil edir.

Bağlamam yerli anbarda nə qədər müddət qala bilər?

Bağlamalarınız yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN dəbbə pulu hesablanacaq. 45 gündən artıq yerli anbarda qalan məhsul üçün qərar Ucuz Kargo MMC-yə məxsus olacaqdır. 

Aylıq gömrük limiti necə hesablanır?

Aylıq limit hesablanarkən sizin həmin ay ərzində gömrük sisteminə əlavə olunan bağlamalarınız nəzərə alınır. Aylıq limiti hesablamaq üçün həm bağlamanın içərisindəki məhsulların qiyməti, həm də çatdırılma qiyməti cəmlənir.

Eynicinsli məhsullardan bir və ya bir neçə ədəd sifariş etdikdə, limit tətbiq olunur mu?
  • Limiti keçmədiyiniz təqdirdə istənilən sayda bağlama gətirə bilərsiniz. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə  gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz

Onlayn müraciət

Araşdırma müddəti

Araşdırma müddəti əsasən 15 iş gününü əhatə edir. Satıcı firmalara göndərdiyimiz müraciətlər bəzən çox gec cavablandığı üçün bəzən bu müddət bir qədər uzana bilir.

Araşdırma zamanı mağaza ilə danışıqlar neçə müddət ərzində nəticələnir?

Müştərilərimiz bizə müraciət etdiyi andan etibarən satıcı mağaza ilə əlaqə saxlayıb işləm başladırıq. Satıcı mağaza tərəfindən ilkin mərhələdə 7 iş günü ərzində məlumat veriləcəyi bildirilir. Sorğuya əsasən bu müddət bir qədər uzana bilir.

Saytınızda sorğu yaratmışam. Nə qədər müddətə cavab alacam?

“Onlayn müraciət et” bölməsindən qəbul edilən bütün sorğuları 2 iş günü ərzində cavablayırıq. Sorğunuzu cavabladıqda sizə mail vasitəsilə bildiriş göndərilir. Cavabı “Müraciətlər” bölməsindən izləyə bilirsiniz.

Kuryer

Kuryer sifarişləri neçə gün ərzində çatdırılır?

Saat 08:00-dan sonra yaradılan bütün kuryer sifarişləri növbəti iş günü (maksimum 2 iş günü ərzində) çatdırılır.

Çəki ödənişini kuryerə nağd şəkildə ödəmək mümkündürmü?

Bəli, mümkündür. Çatdırılma və kuryer ödənişlərini həm nağd şəkildə, həm də usd balansınızı artıraraq onlayn şəkildə ödəyə bilərsiniz.

Kuryer ödənişi hər bağlamaya görə hesablanır?

Ən çox kuryer sifariş edilən ərazilər üçün kuryer tarifimiz 2 azn təşkil edir. Nəzərinizə çatdıraq ki, 2-ci bağlamadan etibarən hər bağlama üçün çatdırılma ödənişinə 1 AZN əlavə edilir.

Ətraflı məlumatı starex.az saytında Tariflər bölməsinə daxil olaraq əldə edə bilərsiniz.